Qida Təhlükəsizliyi Agentliyindən Qurban bayramı ilə bağlı


Digərləri 14 Avq 2018 09:34:00 275 0

Qida Təhlükəsizliyi Agentliyindən Qurban bayramı ilə bağlı

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.

Son.az bildirir ki, bu barədə agentlikdən Trend-ə məlumat verilib. Müraciətdə bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edilir.

Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.

Bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.