Süni intellekt şəxsiyyəti müəyyənləşdirəcək


Digərləri 14 Avq 2018 08:51:00 303 0

Süni intellekt şəxsiyyəti müəyyənləşdirəcək

Google şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.

Technote.az bildirir ki, patentin təsvir olunduğu sənədlərdə qeyd olunur ki, istifadəçi "Google Images" servisinə bir şəxsin fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adı, ev ünvanı, iş yeri və sevimli məşğuliyyətini tapacaq.

Son.az technote.az-a istinadən bildirir ki, ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək. Servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar olaraq, məhsulun son versiyasının təqdim edilməyəcəyi bildirilib.