Mobil bank troyanları kəskin artıb


Digərləri 14 Avq 2018 08:59:00 255 0

Mobil bank troyanları kəskin artıb

Kaspersky Lab 2018-ci ilin ikinci rübündə 61 mindən artıq quraşdırıcı mobil bank troyan paketini aşkar edib. Bu rəqəm əvvəlki rübün göstəricisini üç dəfədən çox üstələyir.

Son.az technote.az-a istinadən bildirir ki, aşkar olunan troyanların böyük bir qismi zərərli "Hgwar" ilə, təqribən, 5 mini isə "Agent" ilə bağlıdır. Troyan şifrləyicilər, adətən, müxtəlif qanuni əlavələr adı altında yayılır. Sonra bank əlavəsinin işə salınması zamanı zərərli proqram bu əlavənin interfeysi üzərindən şəxsi fişinq interfeysi çıxarıb, istifadəçinin daxil etdiyi məlumatı oğurlaya bilər.

Kaspersky Lab-ın ekspertlərinin məlumatına əsasən, hesabat dövründə mobil bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin ən böyük payı olan ölkələrin ilk üçlüyünə ABŞ (0,79%), Rusiya, (0,7%) və Polşa (0,28%) daxil olub. Polşa, əsasən, "Agent" və "Marcher" troyanlarının fəal yayılması sayəsində doqquzuncu yerdən üçüncü yerə qalxıb.

Kaspersky Lab şirkətinin mütəxəssisləri güman edirlər ki, 2018-ci ilin ikinci rübündə qeydə alınan mobil bank troyanlarının rekord sayı məhz mobil qurğular üçün zərərli proqramların artmasını əks etdirən qlobal tendensiyanı təsdiq edir.