Qazaxıstan milli valyutası dollara nisbətdə ucuzlaşmaqda davam edir


Dünya 14 Avq 2018 08:49:00 327 0

Qazaxıstan milli valyutası dollara nisbətdə ucuzlaşmaqda davam edir

Mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır

Qazaxıstan milli valyutası Amerika dollarına nisbətdə ucuzlaşmaqda davam edir.

Son.az "Report"a istinadən bildirir ki, avqustun 14-də ölkənin əksər mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır. Bəzi məntəqələrdə isə dollar 368-369 tengeyə təklif olunur.

Avqustun 13-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının orta ölçülmüş məzənnəsi 1 dollar üçün 363,22 tenge təşkil edib.