Fəzada dominantlıq ABŞa məxsus olmalıdır


Dünya 14 Avq 2018 08:38:00 283 0

Fəzada dominantlıq ABŞa məxsus olmalıdır

Amerikanın rəqibləri və düşmənləri "artıq kosmosun hərbiləşdirilməsinə başlayıblar" və bu sahədə çox irəli gediblər.

Son.az "Report"a istinadən bildirir ki, bunu Nyu-Yorkda çıxışı zamanı ABŞ prezidenti Donald Tramp deyib.

"Xarici rəqib və düşmənlərimiz həyati əhəmiyyətli kommunikasiyaları pozmağa, peykləri sıradan çıxarmağa imkan verən yeni texnologiyalar istehsal edərək artıq fəzanın hərbiləşdirilməsinə başlayıblar... Mən bəzi şeylər sezmişəm, siz onların nə etdiyini və nə dərəcədə irəli getdiyini heç görmək belə istəməzsiniz", - deyə Tramp bildirib.

O əlavə edib ki, "Çin hətta fəzada öz hərbi proqramlarını müşahidə etmək üçün yeni hərbi bölmə yaradıb.

"Amerikanın fəzada olması kifayət deyil. Biz fəzada dominantlıq etməliyik", - deyə Tramp bildirib.