Tesla şirkətinin səhmdarları Elon Muskı məhkəməyə verdilər


Digərləri 14 Avq 2018 08:21:00 260 0

Tesla şirkətinin səhmdarları Elon Muskı məhkəməyə verdilər

Tesla şirkətinin səhmdarları Elon Musk-a qarşı məhkəmə iddiası qaldırıblar. Buna səbəb isə Musk-ın Twitter hesabında Tesla şirkətini özəl şirkətə çevirmək üzrə paylaşımları olub.

Son.az technote.az-a istinadən bildirir ki, kollektiv məhkəmə iddiası San Fransiskonun federal məhkəməsində qaldırılıb. Məhkəmə iddiasını qaldırmış səhmdarların fikrincə Musk Twitter hesabında əsassız məlumatlar verməklə bazardakı səhm qiymətlərinin ani dəyişikliklərinə səbəb olub. Bu isə dəyərli kağızlar üzrə qanunvericiliyə zidd addımdır.