Alzheimerə qarşı genetik həll tapıldı


Digərləri 14 Avq 2018 08:15:00 239 0

Alzheimerə qarşı genetik həll tapıldı

Xüsusilə yaşlanan insanların ən çox qorxduğu xəstəliklərdən biri olan Alzheimer xəstəliyi nəhayət tarixə düşə bilər. Elm adamlarının qəti bir həll tapa bilmədiyi Alzheimer xəstəliyinə nəhayət bir həll tapılmış ola bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Alzheimerə səbəb olan gen ilk dəfə təsirsiz hala salındı.

Mütəxəssislər, Alzheimer xəstəliyini dayandıra biləcək bir dərmanın yaradıla biləcəyini söylədi.

ABŞ-ın Kaliforniya ştatında Qladstouns İnstitutunun alimləri Alzheimerə səbəb olan genin ilk dəfə təsirsiz hala gətirildiyini, bunun xəstəliklə əlaqədar böyük bir inkişaf olduğunu bildirdi.