Tramp 2019cu il müdafiə büdcəsini təsdiq edib


Dünya 14 Avq 2018 08:18:00 218 0

Tramp 2019cu il müdafiə büdcəsini təsdiq edib

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.

Son.az Trend-ə istinadən bildirir ki, imzalanma mərasimi bazar ertəsi Nyu-York ştatının Fort-Dram hərbi bazasında baş tutub.

Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq.