ABŞ konqresmeni: Avropanın Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini dəstəkləməsi gərəkdir.


Digərləri 14 Avq 2018 08:16:23 212 0

ABŞ konqresmeni: Avropanın Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini dəstəkləməsi gərəkdir.

Avropanın Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini (TAP) dəstəkləməsi gərəkdir.

Bakı. Tural Turan - Avropanın Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini (TAP) dəstəkləməsi gərəkdir. Trend-in məlumatına görə, bu barədə Devin Nunes bildirib. Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə yoludur. Nunes həmçinin bildirib ki, bu qaz kəməri üçün yeganə maneə Rusiyanın İtaliyada apardığı təbliğatdır. Moskva bu təbliğatın köməkliyi ilə layihənin həyata keçirilməsinə mane olmaq məqsədi ilə dezinformasiya yayır. "Transadriatik qaz kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranmış olacaq. Bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığını aşağı salacaq", - deyə konqresmen əlavə edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin