Tramp 2019-cu il müdafiə büdcəsini təsdiq edib


Digərləri 14 Avq 2018 00:03:00 291 0

Tramp 2019-cu il müdafiə büdcəsini təsdiq edib

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb

Bakı. Tural Turan - ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb. Trend-in məlumatına görə, imzalanma mərasimi bazar ertəsi Nyu-York ştatının Fort-Dram hərbi bazasında baş tutub.