Tramp 2019cu il üçün 716 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib


Dünya 13 Avq 2018 23:57:00 272 0

Tramp 2019cu il üçün 716 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib

Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.

Son.az report.az-a istinadən bildirir ki, imzalanma mərasimi bazar ertəsi ABŞ-ın 10-cu dağ diviziyasının yerləşdiyi Nyu-York ştatının Fort Dram hərbi bazasında baş tutub.