Efiopiyada 37 nəfər silahlı qruplaşma tərəfindən öldürülüb


Dünya 13 Avq 2018 23:48:00 276 0

Efiopiyada 37 nəfər silahlı qruplaşma tərəfindən öldürülüb

Efiopiyanın şərqində silsilə hücumlar nəticəsində azı 37 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Addis Standard" nəşri yazıb.

Hücum bazar ertəsinə keçən gecə Şərqi Hararqe rayonunda (Oromiya bölgəsində, Efiopiyanın somalililər məskunlaşan qonşu Somali bölgəsi ilə sərhəddə) baş verib.