16 illik tədqiqatın nəticəsi


Digərləri 13 Avq 2018 23:39:00 259 0

16 illik tədqiqatın nəticəsi

Çin alimlərinin 16 ildir davam edən tədqiqatı başa çatıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, alimlərin açıqlamasına əsasən, müntəzəm olaraq balıq yemək insan ömrünü uzadır. "Journal of İnternal Medicine" jurnalındakı məqaləyə əsasən, alimlər 16 il ərzində 240 min kişi və 180 min qadının qidalanmasına nəzarət edib. Sınaqda iştirak edənlər hər gün bir az balıq əti qəbul edib.

Müntəzəm olaraq balıq əti yeyən kişilərdə damar xəstəlikləri 10, qara ciyər xəstəliklərində isə 37% azalma müşahidə edilib. Eyni zamanda balıq əti yeyən qadınlarda "Alzheimer" xəstəliyinə yaxalanma riskinin də 38% azaldığı müşahidə edilib.