Gürcüstanda prezident seçkilərinə təqribən 17 mln. dollar xərclənəcək


Dünya 13 Avq 2018 23:12:00 287 0

Gürcüstanda prezident seçkilərinə təqribən 17 mln. dollar xərclənəcək

"Bu ilin oktyabrında Gürcüstanda keçiriləcək prezident seçkilərinə təxminən 42 milyon lari (təqribən 16,5 milyon dollar) vəsaitin xərclənməsi nəzərdə tutulub".

Son.az report.az-a istinadən bildirir ki, bunu mətbuata açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya deyib.

Onun sözlərinə görə, bu məbləğin təqribən 1,2 milyon larisi seçkilərlə bağlı treninqlərin təşkilinə, 9 milyonu prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələrinin televiziya vasitəsilə təbliğatına sərf olunacaq.