Daha 2 nəfər saxlanılıb VİDEO


Kriminal 13 Avq 2018 21:59:00 225 0

Daha 2 nəfər saxlanılıb  VİDEO

Taxıl biçinindən sonra sahələrə od vuraraq yandıranlara qarşı mübarizə tədbirləri davam etdirilir. Qax rayonunda da sahələri yandıran 2 nəfər saxlanılıb.

Son.az bildirir ki, Qax rayon rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zaqataladan gəlib rayon ərazisində sahələri yandıran 26 yaşlı Emil Şəkərov və 23 yaşlı Murad Qardaşov tutularaq polis şöbəsinə aparılıb.

Saxlanılan Zaqatala sakinləri bildirib ki, Qaxa istirahətə gəliblərmiş. Onlar Qax ərazisində taxıl zəmilərini yandırıblar. Yanğının isə torpaga zərər vurmasından xəbərsiz oldugunu bildiriblər.