Goranboyda minik maşını yük avtomobili ilə toqquşub


Sosial 13 Avq 2018 21:47:32 258 0

Goranboyda minik maşını yük avtomobili ilə toqquşub

Qəza zamanı iki nəfər xəsarət alıb

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, Veyisli kəndi ərazisində hərəkətdə olan “Ford” markalı yük avtomobili “VAZ-2106” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı rayonun Veyisli kəndindən olan iki nəfər - 1995-ci il təvəllüdlü Alıyev Seymur Fazil oğlu və 1992-ci il təvəllüdlü Şahhüseynov Şahhüseyn Əhliman oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.