Bu aparatlar təzyiqi düzgün ölçürmü? Səhvlər açıqlandı


Digərləri 13 Avq 2018 21:05:00 271 0

Bu aparatlar təzyiqi düzgün ölçürmü?  Səhvlər açıqlandı

Əksər hipertoniklərin istifadə etdiyi təzyiq ölçən aparat - tonometrlər çox vaxt güzgün işləmir.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı kanadalı alimlər yayıb. 

Kanadalı alimlər evdə təzyiq ölçən tonometr cihazları üzərində 1 illik tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, 70% aparatlar düzgün olmayan rəqəmlər göstərir və insanları çaşdırır. Bu isə ağır təzyiq xəstələri üçün çox təhlükəlidir. Təzyiqin monitorinqi kritik vəziyyəti düzgün qiymətləndirməlidir ki, xəstəni ölümdən və komadan xilas etmək mümkün olsun. Bu isə evdə təzyiq ölçməyə adət etmiş insanlar üçün risklidir. 5-10 mm fərqdə aşağı və ya yuxarı rəqəm göstərən tonometrlər xəstəni və həkimi yanıldaır. 

Tonometrlə düzgün davranmamaq, əl-qolun hərəkəti, manjetin bərkidilməməsi, pasiyentin çəkisi, emosional vəziyyəti belə rəqəmə təsir edir. Yəni xəstə özü tonometrlə düzgün davranmaya bilər. 

Ev tonometrləri ilə təzyiq ölçərkən bunlara mütləq əməl etmək lazımdı:

-Qolunuzu havada tutaraq yox, bərk hamar səthə qoyaraq ölçün.

-Təzyiqi ölçərkən sakit olun, tərpənməyin, danışmayın.