Naməlum şəraitdə itkin düşən şəxsin axtarışları davam edir


Digərləri 13 Avq 2018 21:10:00 282 0

Naməlum şəraitdə itkin düşən şəxsin axtarışları davam edir

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 68 yaşlı Ramazanov Süleyman Müslüm oğlunun axtarışları sabah davam etdiriləcək.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, bu gün səhər saatlarında başlanan və axşamadək davam edən axtarışlar əsasən çayətrafı ərazilərdə aparılıb.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.