Azərbaycanda avtomobilin sərxoş vəziyyətdə idarə olunmasına görə 12 nəfər həyatını itirib


Digərləri 13 Avq 2018 20:59:57 233 0

Azərbaycanda avtomobilin sərxoş vəziyyətdə idarə olunmasına görə 12 nəfər həyatını itirib

Azərbaycanda bu ilin 6 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,0 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda bu ilin 6 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Trend-in məlumatına görə, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,7, yaralananların isə 75 faizini kişilər təşkil edir.