Qaradağda qəza 1 ölü


Digərləri 13 Avq 2018 19:24:00 222 0

Qaradağda qəza  1 ölü

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, "VAZ" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1954-cü il təvəllüdlü Hüseynova Elza Hüseyn qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Son.az