Norveçli nazir məzuniyyətini İranda keçirdiyinə görə istefa verməyə məcbur oldu


Dünya 13 Avq 2018 19:04:00 201 0

Norveçli nazir məzuniyyətini İranda keçirdiyinə görə istefa verməyə məcbur oldu

Norveçin balıq təsərrüfatı naziri Per Sandberq əvvəlcədən hökumətə məlumat vermədən və təhlükəsizlik qaydalarını pozaraq məzuniyyətini İranda keçirdikdən sonra istefa verib.

Son.az Report-a istinadən bildirir ki, yeni balıq təsərrüfatı naziri vəzifəsinə artıq Harald Tom Nesvik təyin edilib.

Yerli KİV P.Sandberqin bu ilin iyul ayında 28 yaşlı İran əsilli norveçli rəfiqəsi ilə çıxdığı məzuniyyət zamanı İranda olduğunu yazıb. Amma o, İrana getdikdən iki gün sonra səfəri barədə nazirliyə və hökumətə məlumat verib. Nazirliyin məlumatına görə, qurum başçısı məzuniyyətini Türkiyədə keçirmək niyyətində olub.