Manaf Ağayev:


Digərləri 13 Avq 2018 18:33:00 387 0

Manaf Ağayev:

Bir qədər öncə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını müğənni Manaf Ağayev xilas edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni hadisənin təfərrüatları barədə musavat.com-a danşıb: 

"Bir məkanda əyləşmişdim, birdən mənə zəng vurub bildirdilər ki, "Füzulidən qeyrətli bir oğlan, hansı ki, çempiondur, "Qaçkınkom"un binasına çıxıb özünü atmaq istəyir, polislər və məmurlar onu fikrindən döndərə bilmirlər". Məndən xahiş edib dedilər "sən də füzulililərin bir ağsaqqalı kimi onu bəlkə fikrindən daşındıra bilərsən". Mən də hadisə yerinə getdim. Həmin vaxt o, qollarını doğrayıb, əlində də şüşələr var idi, onları qarnına soxurdu. Dedim ki, "məni qəbul edə bilərsən?" Yalvardım ki, "sənə söz verirəm, evini alıb, özünə qaytaracam". Mənə bildirmişdilər ki, 3 övladı var, ona görə də xeyli yalvarıb-yapışdım. O da fikrindən döndü, məni qucaqladı. Camaat bu halı alqışladı. Oradaca aidiyyəti qurumlardan xahiş etdim ki, imkan çərçivəsində onun məsələsini həll etsinlər. Sağ olsunlar, xahişimi yerinə yetirdilər".

Müğənni bildirdi ki, intihara cəhd edən əlil idmançıya verdiyi sözə əməl edib: