Xırdalanda yolu keçən piyadanı maşın vurub öldürdü


Digərləri 13 Avq 2018 18:31:29 246 0

Xırdalanda yolu keçən piyadanı maşın vurub öldürdü

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 23 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Murtuzəli Güləliyevi vurub.