"BakuBus"dan şikayətçi olanlar şirkətə dəvət edildi


Digərləri 13 Avq 2018 17:43:00 221 0

"BakuBus"dan şikayətçi olanlar şirkətə dəvət edildi

"BakuBus" MMC-də vətəndaşlarla növbəti görüş təşkil olunub.

Son.az bizimyol.info-ya istinadən bildirir ki, görüşdə vətəndaşlara "BakuBus" MMC-yə etdikləri müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat verilib.

Həmçinin, onların fikir və təklifləri dinlənilib. Bildirilib ki, "BakuBus" MMC vətəndaşların müraciətlərinin obyektiv araşdırılmasına xüsusi önəm verir.