Milinkoviç Azərbaycan çempionatında 4-cü oldu


İdman 13 Avq 2018 17:22:00 236 0

Milinkoviç Azərbaycan çempionatında 4-cü oldu

Topaz Premyer Liqasının I turunun "Keşlə" – "Sabah" qarşılaşması (0:1) daha bir əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

Goal.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb.

O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidi. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.