Türkiyədə dollarları yandıran vətəndaşı həyat yoldaşı danladı


Digərləri 13 Avq 2018 17:19:00 247 0

Türkiyədə dollarları yandıran vətəndaşı həyat yoldaşı danladı

Amerikaya reaksiya olaraq topladıqları dollarları yandıran vətəndaşın həyat yoldaşı tərəfindən danlandığı video sosial mediaya böyük səs gətirib.

Son.az bizimyol.info-ya istinadən bildirir ki, prezident Rəcəb Tayib Erdoğanın dollarla bağlı çağırışlarından sonra eitraz edənlərin sayı çoxalıb. Evdəki dollarları yandıran şəxsin oğluna çəkdirdiyi video isə qısa bir zaman kəsiyində fenomen olmağı bacarıb. Sosial mediada sürətlə yayılan bu videoda həmin şəxsin ailəsi ilə dialoqları görüntülənib.