Ali məktəblərin bakalavriat səviyyəsinə ixtisas seçiminin vaxtı uzadıldı


Digərləri 13 Avq 2018 17:05:00 290 0

Ali məktəblərin bakalavriat səviyyəsinə ixtisas seçiminin vaxtı uzadıldı

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-i saat 10:00-dək uzadılıb.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 13-i saat 16:55-ə olan məlumata görə 44 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.