Şimali Koreya və Cənubi Koreya liderlərinin görüş yeri bəlli oldu


Dünya 13 Avq 2018 16:51:00 279 0

Şimali Koreya və Cənubi Koreya liderlərinin görüş yeri bəlli oldu

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və Cənubi Koreya nümayəndələri yeni Koreya sammitinin vaxtı və yerinin müzakirəsinə başlayıblar.

Son.az Report-a istinadən bildirir ki, iki ölkə nümayəndələrinin görüşü silahsızlaşdırılmış bölgədə yerləşən Phanmuncom sərhəd mənqəsində keçirilir.

Cənubi Koreyanın nümayəndə heyətinə milli birləşmə işləri üzrə nazir Ço Myon Qyun rəhbərlik edir. Şimali Koreyanı isə Vətənin Sülh Yolu ilə Birləşməsi Komitəsinin sədri Li Son Qvon təmsil edir.