Magistraturaların boş qalan plan yerlərinə ixtisas seçiminin müddəti uzadılıb


Digərləri 13 Avq 2018 16:51:00 327 0

Magistraturaların boş qalan plan yerlərinə ixtisas seçiminin müddəti uzadılıb

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.

Bakı. 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, 13 avqust saat 16:40-a olan məlumata görə 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 14 bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.