Tikintidə qanun pozuntuları, korrupsiya hüquqpozmaları ilə bağlı cinayət işi başlandı


Digərləri 13 Avq 2018 16:32:00 257 0

Tikintidə qanun pozuntuları, korrupsiya hüquqpozmaları ilə bağlı cinayət işi başlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla, ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılıb.

Son.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluqdan Trend-ə verilən birgə məlumata görə, eyni zamanda, bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.