Abşeronda ölümlə nəticələnən qəza törədən sürücü məhkəmə zalında həbs edilib


Sosial 13 Avq 2018 16:18:50 274 0

Abşeronda ölümlə nəticələnən qəza törədən sürücü məhkəmə zalında həbs edilib

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarət qətimkan tədbiri seçilmiş Z.Rəcəbov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 16-da Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini Z.Rəcəbov idarə etdiyi "NAZ Lifan" markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus "VAZ-2106" markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.

Daha sonra onun barəsində polis nəzarət qətimkan tədbiri seçilib.