“Moody’s” Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırdı


Digərləri 13 Avq 2018 16:23:00 250 0

“Moody’s” Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırdı

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozunu 1,5 faizdən 2 faizədək yaxşılaşdırıb

Bakı. Azad Həsənli - “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozunu 1,5 faizdən 2 faizədək yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir. Eyni zamanda agentlik 2019-cu il üçün proqnozu 3 faiz səviyyəsində saxlayıb. Qeyd olunur ki, iqtisadiyyatın artımına yüksək neft qiymətləri və qaz ixracının çoxalması yol açacaq.