"Qaçqınkom"un binasından özünü atmaq istədi


Digərləri 13 Avq 2018 15:49:00 265 0

"Qaçqınkom"un binasından özünü atmaq istədi

Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb. 

Son.az azxeber.com-a istinadən bildirir ki, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-in xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib. 

Qəbul otağında olan və daha sonra binanın sonuncu mərtəbəsinə çıxan şəxs probleminin həlli ilə bağlı intihara cəhd etdiyi iddia olunur.

***

Hadisə ilə bağlı Qaçqınkomun Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Qafqazinfo"ya açıqlama verib. O bildirib ki hazırda həmin şəxs xilas edilib: "Ona tibbi yardım göstərilir. Hansı səbəbdən bu addımı atdığı hələ ki, bizə məlum deyil. Bu haqda məlumat verəcəyik".