Sürücü həyat yoldaşı ilə birgə qəzaya düşdü –


Digərləri 13 Avq 2018 15:30:00 251 0

Sürücü həyat yoldaşı ilə birgə qəzaya düşdü –

Xəbər verdiyimiz kimi, Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 79-cu kilometrliyində - rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. 

Hacıqabul sakini 62 yaşlı Həsən Ağarəhimovun idarə etdiyi "Toyota" markalı avtomobil Salyan rayon sakini, 57 yaşlı Məhəmməd Manafovun idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində "Toyota"nın sürücüsü və onun həyat yoldaşı Hacıqabul sakini, 61 yaşlı Simuzər Ağarəhimova, eləcə də "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Qəzanın səbəbləri araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar