Ukraynada azərbaycanlı iş adami ailəsi ilə birlikdə faciəvi şəkildə öldü


Digərləri 13 Avq 2018 15:36:00 270 0

Ukraynada azərbaycanlı iş adami ailəsi ilə birlikdə faciəvi şəkildə öldü

Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb. 

Son.az Report-a istinadən bildirir ki, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.

Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb. 

S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.