Halldorsson: "Penalti təyin olunanda heç vaxt təzyiq hiss etmirəm"


İdman 13 Avq 2018 15:35:00 227 0

Halldorsson: "Penalti təyin olunanda heç vaxt təzyiq hiss etmirəm"

"Penalti siriyası həmişə lotereyadır, lakin rəqibin planını oxumaq və onun qol vurmasının qarşısını almaq lazımdır". 

Bunu "Qarabağ" klubunun və İslandiya milli komandasının qapıçısı Hannes Halldorsson "Presbol"a müsahibəsində deyib. 34 yaşlı qolkiper Rusiyada keçirilmiş dünya çempionatında Argentina ilə oyun zamanı Lionel Messinin penaltisini dəf etdiyi anı xatırlayıb: "Bu, karyeramın ən parlaq anlarından biri idi. İndi isə bu epizod barədə çox düşünmürəm. Amma getdiyim yerlərdə insanlar bunu xatırladırlar. Penalti təyin olunanda heç vaxt təzyiq hiss etmirəm". 

Halldorsson bildirib ki, Belarusda BATE ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu penaltilər seriyasınadək davam etsə, zərbələri dəf etməyə hazır olacaq.

 Qeyd edək ki, avqustun 14-də "Borisov Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.