Qodinin taleyinə aydınlıq gəldi


İdman 13 Avq 2018 14:32:00 401 0

Qodinin taleyinə aydınlıq gəldi

Avropa nəhənglərinin maraq dairəsində olan Atletico-nun müdafiəçisi Dieqo Qodinin taleyina aydınlıq gəlib.

Goal.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu Madrid təmsilçisində qalıb. Təcrübəli oyunçu ilə yeni müqavilə imzalanıb. Sözləşməyə əsasən, o, 2021-ci ilə kimi Atletico-da çıxış edəcək. Klub rəhbərliyi Qodinə 20 milyon avro transfer qiyməti qoyub

Qeyd edək ki, 2010-cu ildən Atletico-da çıxış edən futbolçu 350 rəsmi matçda meydana çıxıb.