Bakıda iki avtomobil toqquşdu, birinin sürücüsü öldü


Digərləri 13 Avq 2018 14:52:15 231 0

Bakıda iki avtomobil toqquşdu, birinin sürücüsü öldü

Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Gəncə şəhər sakini Qoca İsmayılov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Şərur rayon sakini Tural Cabbarova məxsus “Azsamand” markalı avtomobilə vurub və nəticədə Q.İsmayılov hadisə yerində ölüb.