Həbs olunan azərbaycanlı azarkeşlərlə bağlı


Digərləri 13 Avq 2018 14:50:00 274 0

Həbs olunan azərbaycanlı azarkeşlərlə bağlı

Tehranın "Azadi" stadionunda "İstiqlal" - "Traktor" matçı zamanı saxlanılan azərbaycanlılar azad edilib.

Son.az axar.az-a istinadən bildirir ki, gərgin matç zamanı polis tərəfindən döyülərək saxlanılan 43 "Traktor" azarkeşi sərbəst buraxılıb. Onların ictimai qınaq səbəbindən azad edildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan klubunun müdiri Sadiq Drudgər azyaşlı uşaqlar da daxil olmaqla, çoxsaylı azarkeşin polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdi. "Traktor"un keçmiş baş məşqçisi Rəsul Xətibi isə polisin komanda tərəfdarları ilə davranışının utancverici olduğunu deyib.