Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb


Digərləri 13 Avq 2018 14:45:00 247 0

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb

Qeyri-rəsmi məşğulluq işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına ciddi maneə olmaqla, onları həmçinin təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək və s. kimi hüquqlardan məhrum edir.

Bakı. Qeyri-rəsmi məşğulluq işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına ciddi maneə olmaqla, onları həmçinin təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək və s. kimi hüquqlardan məhrum edir. Trend-in məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nərimanov rayonunda “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda bu sahədə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb.