Rusiyada azərbaycanlı həbs olundu


Digərləri 13 Avq 2018 14:12:00 223 0

Rusiyada azərbaycanlı həbs olundu

Rusiyanın Omsk vilayətinin sərhədçiləri əvvəllər bu ölkənin həbsxanasında yatmış, sonra vətənə qayıtmış, lakin yenidən şimal qonşumuz istiqamətində səfər etmiş 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, Əli Yaşar oğlu Salehzadə adlı azərbaycanlı 2009-cu ildə Saxalində vətəndaşlara hücum edib.

O bu əməlinə görə səkkiz il həbsdə olub.

Sonradan Rusiya Ədliyyə Nazirliyli ağır cinayət törətmiş həmyerlimizin 2025-ci ilədək bu ölkəyə gəlməsinə qadağa qoyub və bu barədə yazılı bildiriş göndərib. Həbsdən azad olunan Salehzadə vətənə geri qayıdıb.