Bu il evlənənlərin sayı azalıb


Digərləri 13 Avq 2018 14:09:00 223 0

Bu il evlənənlərin sayı azalıb

Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.