Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı


Şou-biznes 13 Avq 2018 13:53:00 310 0

Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı

İllərdir küsülü olan Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşovavə Əməkdar artist Röya Ayxan barışıb.

Son.az oxu.az-a istinadən bildirir ki, barışıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert zamanı baş verib.

"Crystall Hall"da baş tutan konsertdə kulislərində olan ifaçılar gündüz saat 15:00 radələrindən məkana gəlib.

Barışma prosesi isə Brilliant Dadaşovanın Röyanın otağına gəlməsindən sonra baş tutub.

Belə ki, Xalq artisti otağa gələrək Röyanın kulisindən içki istəyib. Sonra sözarası bildirib ki, içki özünə yox, Aygün Kazımovaya lazımdır. 

Röya isə onun bu sözündən sonra Kazımovanı otağına dəvət edərək, onlarla birgə əyləşməyi təklif edib.