ABŞın Nümayəndələr Palatasının rəsmisi TAP layihəsinə dəstəyini bildirdi


Digərləri 13 Avq 2018 13:16:00 253 0

ABŞın Nümayəndələr Palatasının rəsmisi TAP layihəsinə dəstəyini bildirdi

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nunyes bəyan edib ki, Trans Adriatik Boru Kəməri (TAP) layihəsini dəstəkləyir. 

Bu barədə Son.az Report-a istinadən xəbər verir.

"ABŞ Qərbi Avropanı daha çox LNG ilə təchiz edə bilsə və TAP vasitəsilə İtaliyaya daha çox qaz verilsə, Avropanın qaz tədarükü üzrə iki mənbəmiz olacaq", - deyə o, qeyd edib.