Qarabağ-ın rəqibi hücumçu alır


İdman 13 Avq 2018 12:48:00 264 0

Qarabağ-ın rəqibi hücumçu alır

Qarabağ-ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE heyətini gücləndirməyə hazırlaşır.

Goal.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Borisov təmsilçisi Neman klubunun yarımmüdafiəçisi Erven Mukamı transfer etmək istəyir. Bir müddətdir Kamerun əsilli fransız futbolçuyla maraqlanan BATE-nin yaxın günlərdə qarşı tərəfə təklif göndərəcəyi bildirilib.Qeyd edək ki, Qarabağ-la BATE arasında cavab oyunu sabah "Borisov-Arena"da keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda belaruslular 1:0 hesablı qələbə qazanıblar.