Mobil qurğuların qeydiyyatı üçün yeni rüsumlar


Digərləri 13 Avq 2018 12:36:00 281 0

Mobil qurğuların qeydiyyatı üçün yeni rüsumlar

Avqustun 13-dən başlayaraq mobil qurğuların IMEI kodlarının qeydiyyata alınması üçün yeni dövlət rüsumları qüvvəyə minir.

Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Müsahibin sözlərinə görə, hazırda sistemin yenilənməsi üzrə profilaktik işlər aparılır və bu işlər bir neçə gün ərzində başa çatacaq:

"Sistemin texniki yenilənməsindən sonra yeni rüsumlar barədə istifadəçi məlumatları, eləcə də bütün zəruri informasiya həm "imei.az" saytında, həm də "e-GovPay" terminallarında yerləşdiriləcək. Bu terminallar vasitəsilə həmçinin mobil qurğuların IMEI kodlarını qeydiyyatdan keçirmək mümkün olacaq. Bundan başqa, bütün zəruri məlumatları poçt şöbələrindən də əldə etmək olar".

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib.