Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 13 Avq 2018 12:24:00 243 0

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.

Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.