Hakimin səhv qərarı millimizin debütünü korladı (FOTO)


Digərləri 13 Avq 2018 12:19:00 232 0

Hakimin səhv qərarı millimizin debütünü korladı (FOTO)

Yığma komandamızdan üzr istənilsə də təəssüf ki nəticə dəyişməz olaraq qalıb

Bakı. Vüqar İmanov - Milli komandamız Avropa çempionatının ilk turunda Macarıstan yığması ilə qarşılaşıb. Hissənin əvvəlində komandamızın üzvü İlkin Hacıyev təhlükəli zərbə ilə rəqibi həyəcanlandırdı. Daha sonra Asif Zeynalovun zərbəsini qapıçı dəf edə bildi. Təəssüf ki, daha sonra İlkin Hacıyev əzələsini dartaraq oyunu yarımçıq dayandırmalı oldu. İkinci yarının 7-ci dəqiqəsində isə çernoqoriyalı hakim qapımıza şübhəli penalti təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Ferents Bereş matçdakı yeganə qolun müəllifi oldu. Komandamızın səylərinə baxmayaraq oyunda hesab dəyişmədi. Qeyd edək ki, oyundan millimizin qapımıza təyin olunan penalti ilə bağlı rəsmi etirazına cavab verilib. Çempionatın intizam komitəsi epizodun təkrarına baxdıqdan sonra çernoqoriyalı baş hakimin səhv etdiyini, həmin epizodda penaltinin olmadığı ilə qənaətinə gəlib. Yığma komandamızdan üzr istənilsə də təəssüf ki nəticə dəyişməz olaraq qalıb. Komandamızın növbəti oyunu bu gün Bakı vaxtıyla saat 22:00-da Çexiya komandasına qarşı olacaq. Azərbaycan 0:1 Macarıstan Qol: Ferents Bereş, 27` (pen) Baş hakim: Qoran Akron (Çernoqoriya) Hakim: Nemanya Lyumoviç (Çernoqoriya)