Dünyanın ən məşhur müğənnisi


Digərləri 13 Avq 2018 11:45:00 279 0

Dünyanın ən məşhur müğənnisi

Əfsanəvi amerikalı müğənni, soul kraliçası Areta Franklin ölüm ayağındadır.

Onda xərçəng aşkarlanıb.

Son.az ABC-yə istinadən bildirir ki, 76 yaşlı müğənni hazırda Detroytdakı evindədir.

Müğənninin ailəsi fanatlara müraciət edərək A.Franklinin şəxsi həyat hüququna sayğı ilə yanaşmağı xahiş ediblər.

Areta Franklində mədəaltı vəzi xərçənginin aşkarlandığı barədə məlumatlar hələ 2010-cu ildə yayılmışdı. Müğənni bu məlumatları qətiyyətlə təkzib edirdi.

Aretanın bacısı və meneceri Sesil Franklin 1989-cu ildə ağciyər xərçənginən vəfat edib.


Xəbərə aid fotolar