AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək VİDEO


Digərləri 13 Avq 2018 11:35:00 280 0

AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək  VİDEO

Azərbaycan Avtomobil Federasiyası avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Bununla əlaqədar olaraq Federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.

AAF-dan Trend-ə verilən məlumata görə, 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək qeydiyyatdan keçə bilər. Yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslərdən Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.